Körpənin sağlamlığı üçün doğumda yaş həddi 32-dir

10:48 - 19 İyul 2023

Körpənin sağlamlığı üçün doğumda yaş həddi 32-dir

Macarıstanın Semmelweis Universitetinin araşdırmasına görə qadınlarda doğuş üçün ən təhlükəsiz yaş həddi 23-32-dir.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tədqiqatçılar ananın yaşı artdıqca körpələrdə Daun sindromu, ürək xəstəlikləri, dodaq və damaq yarığı kimi problemlərin ola biləcəyini bildiriblər.

Beləki, alimlər 1980-2009-cu illər arasında uşaq dünyaya gətirmiş 31 128 qadının məlumatlarını araşdırıblar. Ana yaşı ilə körpələrdə qeyri-genetik doğuş anomaliyaları arasındakı əlaqəni araşdıran alimlər 23-32 yaş aralığının hamiləlik üçün ideal zaman olduğunu müəyyən ediblər.

Gənc yaşda ana olan qadınların övladlarında sadalanan risklər yüzdə 9 olaraq rast gəlinib. 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin yüzdə 45-ə yüksəldiyi bildirilib.

Qeyd edək ki, əvvəlki tədqiqatlar genetik pozğunluqlar və ananın yaşı arasındakı əlaqəni təsdiqləyib. Lakin qeyri-xromosom anomaliyaları ilə ananın yaşı arasındakı əlaqəyə dair tədqiqatlar yoxdur. Araşdırmanın nəticələri “BJOG” elmi jurnalında dərc olunub.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az