Rusiyadan Türkiyəyə dəstək

12:17 - 19 İyul 2023

Rusiyadan Türkiyəyə dəstək

Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün 2 ədəd Be-200 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiklərini bildirib.

 

Manset.az HaberGlobal-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə 2 amfibiya yanğınsöndürmə təyyarəsinin Rusiya prezidenti Vladimir Putinin göstərişi və Türkiyə tərəfinin tələbi əsasında göndərilib. Təyyarələr Rostov-na-Donudakı Platov hava limanından havaya qalxıb.

Aviasiya qrupunun çətin şəraitdə işləməyə hazır olduğu, Muğla və İzmirdəki yanğınlarda xidmət edəcəyi bildirilib. Həmçinin, Be-200 model təyyarələri yanğınları izləmək və aşkar etmək üçün yerin təsvirini ötürən infraqırmızı termal kameralarla təchiz edilib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az