ABŞ-da kondisioneri işləməyən təyyarədə sərnişinlər və kabin heyəti huşunu itirib.
Manset.az HaberGlobal-a istinadən xəbər verir ki, Las-Veqasdan Atlanta şəhərinə getməli olan Delta Hava Yollarına məxsus kondisioneri işləməyən təyyarə uçuş-enmə zolağında 4 saat gözləyib. 44 dərəcə istidə kondisionerin işləməməsi nəticəsində 5 sərnişin və 1 kabin heyəti huşunu itirib. Beləliklə, təyyarə havaya qalxa bilməyib.
Mediada insidentin işıqlandırılmasından sonra Delta Airlines sərnişinlərdən üzr istəyib və sərnişinlərin pulu geri qaytarılıb. Sərnişinlər ertəsi gün Atlantaya uçublar.
Aygün
Manşet.az