Möcüzəvi meyvə - XƏRÇƏNG RİSKİNİ AZALDIR

14:31 - 19 İyul 2023

Möcüzəvi meyvə - XƏRÇƏNG RİSKİNİ AZALDIR

Xərçəng riskini azaldan möcüzəvi meyvə açıqlandı.

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveçrənin Cenevrə Universitetinin (UNIGE) araşdırmasına görə üzüm orqanizmi xərçəng hüceyrələrindən qoruyur.

Ən qədim meyvə növlərindən olan üzüm xərçəng həm orqanizmi xəstəliklərdən qoruyur, həm də immunitet sistemini gücləndirir. Üzüm güclü antioksidant anbarıdı və bədənə beyin sağlamlığından immunitet sisteminə qədər bir çox sahədə fayda verir.

Qidalanma və Pəhriz Mütəxəssisi Tuba Örnəyin sözlərinə görə üzüm vitamin və kalium baxımından zəngin olması ilə yanaşı stressə də çox müsbət təsir edir. Beyin sağlamlığı ilə bağlı araşdırmalara görə, Alzheimer və Parkinson kimi xəstəliklərin riskini azaldır. Mövsüm ərzində tez-tez üzüm yemək uzun ömür ilə əlaqəli olan SirT1 genini stimullaşdırır.

Üzümün nizamlı və balanslı istehlakı bədəndə iltihabı azaldır, idrak, davranış və biokimyəvi zərərin qarşısını ala bilir. Bundan əlavə, üzümün az miqdarda natrium və kaliumla zəngin olması qan təzyiqinin optimal tarazlığını təmin edir. Həmçinin, ürək xəstəliklərinə qarşı qoruyur.

Üzüm tərkibində olan K vitamini, kalsium, maqnezium və kalium kimi minerallar sayəsində sümük sağlamlığına müsbət təsir göstərir. Üzüm yuxuya getməni asanlaşdırır. Üzümün antioksidan özelliği E vitamininden 50, C vitamininden ise 30 dəfə daha çoxdur.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az