Dəhşətli qətl: İş adamını kobra ilə öldürdülər - FOTO

18:40 - 19 İyul 2023

Dəhşətli qətl: İş adamını kobra ilə öldürdülər - FOTO

Hindistanın Uttarakhand əyalətində hər kəsi təəcübləndirən qətl hadisəsi baş verib. Belə ki,  5 nəfər iş adamını öldürmək üçün kobradan istifadə ediblər. 

 

Manset.az Hindistan Times-a istinadən məlumatına görə, polis rəsmiləri iyulun 15-də Haldwani şəhərinin Teenpani rayonu yaxınlığında park edilmiş avtomobilində ölü tapılan 30 yaşlı iş adamı Ankit Çauhanın ölüm səbəbinin "ilan zəhəri" olduğunu açıqlayıb.

Səlahiyyətlilər, ilan təlimçisi Ramesh Nath-ın Chauhan'ı kobradan istifadə edərək öldürmək və qətli qəza kimi göstərmək ittihamı ilə həbs edildiyini, hadisədə iştirak edən digər dörd nəfərin isə qaçdığını bildirib.

Hindistan polisi Nainital Pankaj Bhatt verdiyi açıqlamada Çauhanın telefon zənglərinin skan edildiyini və onun Mahi adlı qadınla əlaqə saxladığını öyrəndiklərini bildirib. Mahinin Uttar Pradeş əyalətindən bir ilan təlimçisi ilə əlaqə saxladığını öyrəndiklərini qeyd edən Bhatt, bu şəxsin nəzarətə alındığını bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az