Rusiyadan Ukrayna limanlarına gedən gəmilərlə bağlı açıqlama

21:34 - 19 İyul 2023

Rusiyadan Ukrayna limanlarına gedən gəmilərlə bağlı açıqlama

Rusiya bu gecədən etibarən Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yükdaşıyıcı” kimi qəbul ediləcəyini açıqlayıb.

 

Manset.az xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Nazirlikdən verilən yazılı açıqlamada, taxıl müqaviləsinin sona çatdığı və Qara dənizdəki humanitar dəhlizlərin azaldıldığı bildirilib.

Qeyd olunub ki, Rusiyanın Ukrayna limanlarına gedən gəmilərlə bağlı verdiyi qərar, “20 iyul 2023-cü il saat 00.00-dan etibarən Qara dənizdən Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcək.

Qara dənizin şimal-qərb və cənub-şərqindəki beynəlxalq sularda bəzi ərazilər də naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib.
 
Müvafiq olaraq, belə gəmilərin olduğu ölkələr də Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsində iştirak etmiş hesab olunacaqlar”, - deyə məlumatda bildirilir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az