İngiltərənin Xarici İşlər Naziri Ceyms Kleverli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləyib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı nazir İngiltərənin Türkiyəni "güclü və əhəmiyyətli bir dost" olaraq gördüyünü bildirib.
Ceyms Kleverlinin sözlərinə görə Türkiyə prezidenti bütün dünyada inanılmaz dərəcədə mühüm işlər görüb. Kleverli prezident Ərdoğanın insanları aclıqdan qurtarmağa və beynəlxalq qiymətlərin enməsinə kömək olan Qaradəniz Taxıl Sazişinin əhəmiyyətinin dərk edilməsində təsirli rol oynayacağına ümid etdiyini vurğulayıb.
O, həmçinin, Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini, Böyük Britaniya və Türkiyə ilə Suriyada Bəşər Əsəd administrasiyası arasında imzalanan azad ticarət sazişini şərh edib.
Britaniyanın xarici işlər naziri Rusiya prezidenti Vladimir Putinin taxıl sazişindən çıxmasına münasibət bildirib.
O, Rusiyanı dünya aclığından “siyasi maraqları üçün istifadə etməkdə” ittiham edib. Topun əsasən Rusiyanın əlində olduğunu və onları bu təşəbbüsə qoşulmağa dəvət ediyini deyib.
Baş nazir immiqrant məsələsinə də toxunub. Türkiyənin bu mövzuda çox "səxavətli" davrandığının fərqində olduqlarını ifadə edib. O bildirib ki, bu məsələni Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə və İngiltərənin baş naziri Rişi Sunak da prezident Ərdoğan ilə müzakirə etdik. Ümumi problem olan bu problemin həlli ilə bağlı danışıqlarımızı davam etdirəcəyik. Vurğulayıb ki, bu, bir çox ölkənin qarşılaşdığı ortaq bir problemdir. Beynəlxalq xarakterinə görə heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz.
Aygün
Manşet.az