İki aydır iti ilə okeanın ortasında qalan və xilas olunmağı gözləyən avstraliyalı dənizçi necə sağ qalmasından danışıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı dənizçi Timothy Lyndsay Shaddock xilas olacağına artıq ümidini itirdiyini bildirib.
Avstraliyalı dənizçi iki ay davam edən kabus haqqında danışarkən bir an belə onu tək buraxmayan itinə minnətdarlıq edib. İti Bella ilə 2 ay dənizdə sürüklənərək xilas olunmağı gözləyən Şeddok balıqçı gəmisini müşayiət edən vertolyot tərəfindən xilas edilib.
Həkimlər Şeddokun həyati göstəricilərinin normal olduğunu bildiriblər. Həm Şeddokun, həm də itinin bu qədər sağlam və xoşbəxt görünməsi hər kəsi sevindirib.
Şaddokun sözlərinə görə tədarükü yaxşı olsa da, fırtına yemək bişirməyə imkan vermirdi və o çoxlu çiy balıq yeyib.
Okeanın ortasında xoş xatirələr topladığını söyləyən dənizçi pozitiv qalmaq üçün vaxtını əşyalar düzəltməyə və üzməyə sərf etdiyini vurğulayıb.
Qeyd edək ki, avstraliyalı dənizçi Meksikanın La Paz şəhərindən Fransız Polineziyasına gedərkən qayığı fırtınaya düşüb.
Aygün
Manşet.az