İranda etirazların qarşısını almaq üçün məhbuslar fasiləsiz edam edilir.
Manset.az Azadİran-a istinadən xəbər verir ki, bu həftə ərzində 9 və cari ilin əvvəlindən etibarən isə 400-dən çox edam hökmü icra edilib.
Beləki, Xameneyi xalq üsyanlarından qorxur və terror mühitini gücləndirmək üçün hər gün daha çox insanları həbsə atır. Buna səbəb isə xalqın etirazlara qalxmasının qarşısını almaqdır.
Xatırladaq ki, bu ilin may ayında həyata keçirilən edamların sayı 2015-ci ildən bəri ən yüksək aylıq edam göstəricisidir.
Aygün
Manşet.az