Fransada heyrətləndirici bir hadisə baş verib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada evinin terrasında oturan qadının üzərinə meteorit düşüb.
Fransanın "Les Dernieres Nouvelles d'Alsace" (DNT) qəzetinin yazdığına görə, qadın terrasda dostu ilə söhbət edərkən onun qabırğasına müəmmalı daş dəyib.
Mətbuata açıqlama verən qadın bildirib ki, yanımızdakı damdan yüksək səs gəldiyini eşitdim. Sonrakı saniyədə qabırğalarımda sarsıntı hiss etdim. Bunun heyvan olduğunu, yarasa olduğunu, hətta bir sement parçası olduğunu düşündük. Amma rəngi yox idi.
Geoloq Thierry Rebmann qadına dəyən sirli obyekti araşdırarıb və cismin dəmir və silikon qarışığından ibarət olduğunu müəyyən edib. Bu, obyektin həqiqətən də meteorit olması ehtimalını gücləndirir.
NASA hər gün Yerə təxminən 48 ton meteorit düşdüyünü təxmin etsə də, onların böyük əksəriyyəti yaşayış olmayan ərazilərə düşür.
Beləki, meteoritlərin insanlara dəyməsi ilə bağlı bir neçə tarixi qeyd var. 1954-cü ildə ABŞ-da 9 kiloluq meteorit bir evin tavanını deşərək qadının üzərinə düşüb. Bu hadisə meteoritin bir insana dəydiyi yeganə təsdiqlənmiş hadisə kimi istinad edilir.
Aygün
Manşet.az