İtkin Çinli nazir gizli eşq iddiaları ilə gündəmdədir

16:16 - 20 İyul 2023

İtkin Çinli nazir gizli eşq iddiaları ilə gündəmdədir

3 həftədir xəbər alınmayan Çin xarici işlər naziri Qin Qang gizli eşq iddiaları gündəmə gəlib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada yazılanlara görə nazir nikahdankənar münasibətə görə yoxa çıxdığı bildirilir.

Çində sosial media platformaları Qin Qangın vəziyyəti ilə bağlı axtarışların heç bir nəticə vermədiyi ilə bağlı xəbərlər paylaşırlar. 

İddialara görə xarici işlər nazirinin Phoenix telekanalının aparıcısı Fu Xiaotian ilə nikahdankənar münasibətinə araşdırılır.

Qeyd edək ki, Qin Qang keçən il dekabrın əvvəlində xarici işlər naziri vəzifəsinə təyin edilib. 57 yaşlı Qin Qang Çinin prezidenti ilə sıx əlaqələri olub. Çinin xarici işlər naziri iyulun 4-də Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borrell ilə görüşməli idi. Avropa İttifaqının bəyanatına görə Pekin administrasiyası Borrelin səfərini cəmi 2 gün əvvəl ləğv edib. Həmçinin, Qin Gang ABŞ Maliyyə Naziri Janet Yellen və ABŞ-ın İqlim üzrə Xüsusi Nümayəndəsi Con Kerrinin bu ay Çinə səfərləri zamanı da ictimaiyyət qarşısına çıxmayıb. Baş tutan xüsusi tədbirlərdə Qin Qangı digər şəxslər əvəz edib. İyulun 11-də isə Çin Xarici İşlər Nazirliyinin keçirdiyi mətbuat konfransında Qin Qanqın toplantılara qatılmama səbəbi kimi sağlamlıq problemləri göstərilib. Çin Xarici İşlər Nazirliyinin saytında Qin Qang hələ də Çinin xarici işlər naziri kimi qeyd olunur.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az