Bu ölkədə yumurtada kanserogen maddə tapıldı: Ölkə ayağa qalxdı

17:03 - 20 İyul 2023

Bu ölkədə yumurtada kanserogen maddə tapıldı: Ölkə ayağa qalxdı

Tayvanın Türkiyədən aldığı yumurtaların tərkibində kanserogen maddələrin olması ölkədə gündəm olub.

 

Bu barədə Manset.az Sözcü-yə istinadən məlumat verir.

127 ton yumurta alan hökumətin kənd təsərrüfatı naziri Çen Çi-çunq Türkiyədən alınan yumurtalarda qadağan olunmuş maddə olan nitrofuran izlərinin tapıldığını açıqlayıb.

“Hökumət türk tədarükçüsündən müqaviləyə əsasən kompensasiya tələb edəcək”, - Çi-Çunq bildirib.

Tayvan hökuməti adından Türkiyə səlahiyyətliləri ilə əlaqə saxlayacaq Tayvan Milli Heyvandarlıq Sənayesi Korporasiyasının baş direktoru Peter Çen ölkənin təxminən 160 min dollar zərər çəkdiyini açıqlayıb.

“Türkiyədən alqı-satqılar iyunun sonunda dayandırıldı və hökumət ABŞ-dan idxala keçdi” - Çen deyib.

Tayvanın Qida və Dərman İdarəsi bildirib ki, iyulun əvvəlində yoxlanılan bütün yumurtalar məhv edilib.

Qeyd edək ki, ölkədəki yumurta böhranından sonra Tayvan Türkiyə də daxil olmaqla Braziliya, Malayziya, Filippin, Sinqapur və Taylanddan yumurta almağa başlayıb. Həmçinin bildirilib ki, Tayvan hökuməti ABŞ, Avstraliya və Yaponiyadan yumurta almağa davam edir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az