Cənubi Afrikanın Yohannesburq şəhərində partlayış baş verib.
Bu barədə Manset.az-ın Haber Globala istinadən verdiyi məlumata görə, şəhərin ən gur küçələrindən birində baş verən partlayış nəticəsində yolda böyük çat əmələ gəlib.
Yohannesburq şəhərində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb. Yolda böyük çatın meydana gəldiyi hadisədə 34 avtomobilə də ziyan dəyib.
Ölkə rəsmiləri partlayışda yaralanan 12 nəfərin xəstəxanada müalicə altına alındığını, şahidlər isə bunun şiddətli zəlzələ olduğunu düşündüklərini bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Jalə
Manşet.az