İsrail prezidenti İranla bağlı xəbərdarlıq edib.
Manset.az Azadİran-a stinadən xəbər verir ki, İsrail prezidenti İsaak Hersoq dünən axşam ABŞ-ın vitse-prezidenti Kamala Harris ilə görüşüb. Görüşdə İranın Yaxın Şərq və dünya üçün təhdidinin əhəmiyyətinə bir daha diqqət çəkib.
Görüş zamanı Kamala Harris bildirib ki, ABŞ İranın təhdidlərinə qarşı mübarizə aparmağa davam edəcək və bu barədə müzakirələr aparılır.
Qeyd edək ki, İsaak Hersoq ABŞ prezidenti Co Baydenlə də görüşüb. Bayden İsrail prezidentinə bildirib ki, biz heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə vermərik.
Aygün
Manşet.az