Türkiyəli məşhur aktrisa Fahriyə Evcən tətildən yeni fotolar paylaşıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, həyat yoldaşı Burak Özçivit, oğulları Karan və Kerem ilə qayıqla tətilə çıxan Fahriyə Evcənin yeni fotoları müzakirələrə səbəb olub.
Beləki, Fahriyə Evcənin qaşlarını incəltməsini izləyiciləri bəyənməyib. İnstagramda 13,6 milyon izləyicisi olan aktrisaya sərt rəylər yazılıb. Fanatları qalın və dolğun qaşlarını seyrəltdiyi üçün onu qınayıb. Bir istifadəçi “pul insanı normalda gözəlləşdirir, amma bu pul batırıb”, digəri isə “qaşlarınızı korlamısız, iyrənc olub” deyib.
Aktrisanın köhnə və yeni halını təqdim edirik:
Aygün
Manşet.az