Eşşəklərin iş rejimi 5 saata endirildi

12:22 - 21 İyul 2023

Eşşəklərin iş rejimi 5 saata endirildi

Mardində istilərlə əlaqədar olaraq zibil toplamaq üçün istifadə edilən eşşəklərə yay növbəsi başlayıb.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mardinin mərkəzi Artuklu mahalında bələdiyyə daxilində işçi olaraq çalışan 24 eşşəyin iş vaxtı 6 saatdan 5 saata endirilib.

Beləki, Artuklu mahalında nəqliyyat vasitələrinin girə bilmədiyi, dar və pilləkənli küçələrin təmizliyi və su daşınması üçün istifadə olunan eşşəklərə saat 11:00-15:00 arası yükləmə olmayacaq.

Mütəmadi olaraq qulluq edilən eşşəklər xidmət müddəti bitdikdən sonra bələdiyyə daxilindəki sığınacaqda istirahət edirlər.

Qeyd edək ki, təmizlikçilərin nəzarəti altında zibil daşıyan 24 eşşək gündə orta hesabla altı saat işləyir. Eşşəklər 5-6 yaşında işə götürüb maksimum 6 il işlədilir. Təqaüdə çıxanda isə bələdiyyə daxilində “tavla” adlanan yerdə qalır. İşləyə bilməyəcəyinə qərar verilən və təqaüdə çıxan eşşəklərin bütün ehtiyacları ömürləri boyu bələdiyyə tərəfindən qarşılanır.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az