Antalyada havanın temperaturu mövsüm normalarından yüksək olduğu üçün vətəndaşlar gecəni Konyaaltı çimərliyində keçiriblər.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, çimərliyə gələn vətəndaşların bəziləri çadırlarda, bəziləri isə daşların və qumun üstünə uzanaraq yatmağa üstünlük verib.
Gecə saatlarından sahilə gələn vətəndaşlar boş yer tapıb yatmağa çalışıblar. Bəzi vətəndaşlar isə səhərin ilk işığında dostları ilə dənizə girərək suyun kefini çıxarıblar.
Qeyd edək ki, Antalyada havanın temperaturu gündüzlər 45, səhərlər isə 30 dərəcəni göstərir.
Aygün
Manşet.az