Qadınlar bu şəxsin evini yandırdılar - VİDEO

18:57 - 21 İyul 2023

Qadınlar bu şəxsin evini yandırdılar - VİDEO

Manipur əyalətində yaşayan Maitei və Kuki etnik qrupları arasında baş verən qarşıdurmalar mayın əvvəlində şiddətli insidentlərə çevrilib və 130-a yaxın insanın həyatını itirdiyi ictimaiyyətə əks olunub. Kuki qrupuna mənsub iki qadının bir qrup tərəfindən çılpaq şəkildə küçədə sürüklənməsi görüntülərinin yayılması sosial mediada hiddətə səbəb olub.

 

Bu barədə Manset.az Haber Global-a istinadən məlumat verir.

Təxminən 2 aydır etnik qarşıdurmalara səhnə olan Hindistanın Manipur əyalətində 2 ay əvvəl bir qrup tərəfindən iki qadının lüt halda küçədə sürükləndiyini göstərən görüntülərin ortaya çıxması bölgədə qadınların üsyanına səbəb olub.

Təcavüz hadisəsində əsas şübhəli kimi qələmə verilən Meitei icmasının üzvü Huirem Herodasın yaşadığı Peçi kəndində bəzi qadınlar şübhəlinin evini yandırıblar. Hadisəni təsdiqləyən polis rəsmisi Hemant Pandey bildirib ki, qəzəbli qadınlar şübhəlinin evinə də daş atıblar.

Qadınların qəzəbini anladıqlarını deyən Pandey etirazçıları öz reaksiyalarını sülh yolu ilə bildirməyə çağırıb.

Hindistanın baş naziri Narendra Modinin hadisəni “utanc verici” adlandırmasından sonra dünən biri əsas şübhəli Huirem Herodas olan 4 nəfər saxlanılıb.

Polis isə cinayətdə iştirak edən 30 nəfəri araşdırdıqlarını açıqlayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az