Canlı yayımda eks-nazirlə jurnalist arasında dava düşdü - VİDEO

19:08 - 21 İyul 2023

Canlı yayımda eks-nazirlə jurnalist arasında dava düşdü - VİDEO

Livanda xüsusi televiziya proqramına qatılan jurnalistlə keçmiş nazir arasında mübahisə davaya çevrilib.

 

Manset.az-ın Haber Global-a istinadən verildiyi məlumata görə, mərkəzi Livanın paytaxtı Beyrutda yerləşən “MTV” televiziyasında yayımlanan “Vaxtı gəldi” siyasi diskussiya proqramında Livanın yüksək səviyyəli jurnalistlərindən olan Simon Abu Fadel və keçmiş ətraf mühit naziri Viham Vahab qonaq qismində iştirak ediblər.

Canlı yayımlanan verilişdə əvvəlcə bir-biri ilə şifahi mübahisə edən Fadel və Vahab daha sonra moderatorun bütün müdaxilələrinə baxmayaraq bir-birini dinləməyərək təhqir etməyə başlayıblar.

Vahabın Fadelə qələm atmasından sonra mübahisə qısa zamanda yumruq davasına çevrilib. Daha sonra studiyadakı bəzi qonaqlar duetin davasına qarışıb.

Studiyadakı təhlükəsizlik qüvvələrinin müdaxiləsinə baxmayaraq səngiməyən dava televiziyadan kənarda da davam edib.

Sosial mediada yayılan görüntülərə görə, mühafizəçilər davanı ayırmaq üçün müdaxilə ediblər.

Studiyadakı mühafizəçilərin  müdaxiləsinə baxmayaraq səngiməyən dava televiziyadan kənarda da davam edib.

Studiyadakı davanın görüntüləri tezliklə Livan və ərəb dünyasında sosial şəbəkələrdə yayılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az