Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında telefon danışığı olub.
Manset.az məlumat verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı Qara dəniz taxıl dəhlizi sazişinin uzadılması məsələsini ətraflı müzakirə ediblər.
Görüş zamanı Ərdoğan, Türkiyənin sülhün bərqərar olması üçün çox səy göstərdiyini bildirib.
Jalə
Manşet.az