Populyar musiqi jurnalı "Billboard" konsert turlarından ən çox gəlir əldə edən sənətçinin adını açıqlayıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, "Sir" ləqəbli məşhur musiqiçi Elton Con tur gəlirləri ilə rekord qırıb.
Belə ki, İsveçin Stokholm şəhərində tamamladığı dünya turunda ifaçı saniyəyə 345 dollar qazanıb.
Bununla da o, konsert turlarından ümumilikdə 1.98 milyard dollar əldə edərək gənc həmkarları Ed Şiran və U2-ni 150 milyon dollarla geridə qoyub.
Elton Con "Solo ifasından ən çox gəlir əldə edən sənətçi" titulunu qazanıb.