Paşinyan da mətbuat konfransı keçirir

21:24 - 22 İyul 2023

Paşinyan da mətbuat konfransı keçirir

Ermənistan Baş naziri Nikol Paşinyan da jurnalistlər üçün mətbuat konfransı keçirməyi qərara alıb.

Manset.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı keçiriləcək mətbuat konfransına 50-dən çox KİV nümayəndəsi dəvət olunacaq.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az