Danimarka XİN Quranın yandırılmasını pislədi

22:28 - 22 İyul 2023

Danimarka XİN Quranın yandırılmasını pislədi

Danimarka Xarici İşlər Nazirliyi iyulun 21-də paytaxt Kopenhagendə Quranın yandırılmasını pisləyib.

 

Manset.az xarici mediaya xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında deyilir.

"Müqəddəs kitabların və digər dini rəmzlərin yandırılması başqalarının dininə hörmətsizlik və utancverici bir hərəkətdir. Bu, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat hesab olunur", - bəyanatda vurğulanır.

Xarici İşlər Nazirliyi bəyan edib ki, krallıqda dini etiqad azadlığı və İslam dinini qəbul edənlər var. Məlumatlara görə, hadisəni sağçı radikal "Danimarka Patriotları" qrupu törədib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az