Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Afinadakı meşə yanğınları ilə mübarizə çərçivəsində göndərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Manset.az Posta.com.tr-yə istinadən xəbər verir ki, bunu Yunanıstanın baş naziri öz sosial media hesabında paylaşım edərək bildirib.
Kiriakos Mitsotakisun sözlərinə görə Afina və Rodos adasında baş verən yanğınlar səbəbilə Türkiyə yanğınla mübarizə üçün ölkəyə dəstək verib:
“Meşə yanğınları ilə mübarizəmizdə bizə kömək etmək üçün 2 yanğınsöndürmə təyyarəsi və bir yanğınsöndürmə helikopteri göndərdiyi üçün Türkiyəyə minnətdarlığımızı bildiririk. Təşəkkürlər Türkiyə”.
Aygün