Polşada Ukraynaya verilən “Leopard” tanklarının təmiri və texniki xidməti mərkəzi fəaliyyətə başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak açıqlama verib.
Onun sözlərinə görə, bu mərkəz Qlivitsedə yerləşir.
“İlk iki “Leopard” artıq Ukraynadan Bumar şəhərinə gətirilib”, - deyə o, tvitter hesabında yazıb.