Çin hökumətindən Yaponiyaya "çip" zəngi

19:51 - 24 İyul 2023

Çin hökumətindən Yaponiyaya \"çip\" zəngi

Yaponiyanın çip istehsalında istifadə olunan materialların Çinə ixracına tətbiq etdiyi məhdudiyyətlərin qüvvəyə minməsindən sonra Çin hökuməti Yaponiyanı “çip sənayesini pozmamağa” çağırıb.

 

Manset.az-ın məlumatına görə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq açıqlamasında Yaponiyanın tətbiq etdiyi məhdudiyyətlərdən təəssüfləndiklərini və qərardan son dərəcə narahat olduqlarını bildirib.

Qeyd edək ki, Yaponiyanın qabaqcıl çip istehsalı avadanlıqlarının Çinə ixracına dair məhdudiyyətləri dünən qüvvəyə minib. Məhdudiyyətlər Çinin smartfonlarda, süni intellektdə və digər tətbiqlərdə istifadə olunan qabaqcıl çiplərin hazırlanmasında istifadə edilən 23 materialın ixracını əhatə edir.

ABŞ 2019-cu ildə Çinin çiplərə və çip istehsalı texnologiyasına çıxışına məhdudiyyətlər qoydu, Co Bayden administrasiyası isə çip dizaynı və istehsal materiallarına girişi əngəlləmək üçün bu nəzarətləri genişləndirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az