Rusiya prezidenti Vladimir Putin ölkədə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunu təsdiqləyib.
Manset.az məlumat verir ki, Putinin imzaladığı fərmana əsasən, cinsiyyətin dəyişdirilməsi üçün cərrahiyyə və hormon terapiyası aparılmayacaq.
Ölkədə artıq cinsini dəyişmiş şəxslərə müxtəlif məhdudiyyətlər qoyan qanuna görə, bu vətəndaşların nikahları etibarsız sayılacaq və onlar övladlığa uşaq götürə bilməyəcəklər.
Qeyd edək ki, Putinin 2022-ci ilin dekabrında təsdiq etdiyi başqa bir qanun da qeyri-ənənəvi cinsi əlaqəni, uşaq istismarını və Rusiyada cinsiyyət dəyişmə istəklərinə səbəb ola biləcək informasiya təbliğatını qadağan etmişdi.
Jalə
Manşet.az