Tesla, SpaceX və Twitter-in baş direktoru İlon Mask yenidən dünyanın ən varlı adamı olub.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalı bildirib.
Nəşrin dünyanın ən varlı adamları ilə bağlı yeni siyahısında ən başda gələn Maskın sərvəti 240.7 milyard dollara (410 milyard manat) çatıb.
Bunda Tesla səhmlərinin qiymətləndirilməsinin 2,5 faizdən çox artması təsirli olub.
"Louis Vuitton", "Christian Dior" və "Tiffany" şirkətlərinin sahibi olan LVMH-nin sədri Bernard Arnaultun sərvəti 1 faizdən çox azalaraq 234,9 milyard dollara (400 milyard manat) düşüb.
Beləliklə, Mask Arnaultu geridə qoyub və dünyanın ən varlı adamları siyahısında birinci yeri tutub.
"Amazon"un qurucusu və bir müddət dünyanın ən varlı adamı olan Ceff Bezos isə 151,9 milyard dollar (258 milyard manat) sərvəti ilə üçüncü yeri tutub.
"Oracle" qurucusu və keçmiş baş icraçı direktoru Larri Ellison 148.1 milyard dollarla (252 milyard manat) 4-cü, "Microsoft" qurucusu Bill Qeyts 120.6 milyard dollarla (205 milyard manat) 5-ci, "Berkshire Hathaway" şirkətinin rəhbəri Uorren Baffet isə 117.3 milyard dollarla (200 milyard manat) 6-cı yerdə qərarlaşıb.