İsrail qəzetindən təhlil: Netanyahu Ərdoğanı ancaq qısqana bilər

14:40 - 25 İyul 2023

İsrail qəzetindən təhlil: Netanyahu Ərdoğanı ancaq qısqana bilər

İsrail qəzati son zamanlar dünya siyasətindəki rolu ilə diqqət çəkən Türkiyə ilə bağlı diqqətçəkən bir analiz edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin “Haaretz” qəzeti “Netanyahu ancaq Ərdoğana paxıllıq edə bilər” başlıqlı məqalə dərc edib. Yazıda Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın atdığı addımlar diqqət mərkəzində olub.

Qəzet Netanyahunun səhhəti ilə bağlı Türkiyə səfərini təxirə salmasına da toxunub. Bildirilib ki, Netanyahu Türkiyə səfərini təxirə salmasaydı, paxıllıq edəcək bir liderlə qarşılaşacaqdı.

Məqalədə Türkiyənin xarici siyasəti diqqətlə araşdırılıb. Qeyd olunub ki, İsrailin Baş naziri Benyamin Netanyahudan fərqli olaraq Ərdoğan xarici siyasətini Moskva ilə Vaşinqton, Ukrayna ilə Rusiya arasında istiqamətləndirə bilir. Həmçinin, Türkiyənin “ABŞ-ın son dostu”na çevrildiyi vurğulanıb. Bildirilib ki, ABŞ Rusiyanı Qara Dəniz Taxıl Müqaviləsinə qaytarmaq üçün Türkiyəyə ümid bəsləyir.

Həmçinin, qəzet Türkiyənin Ukraynaya silah satdığını, bununla yanaşı Rusiya ilə yaxşı münasibətlərə malik olduğunu yazıb. Bildirilib ki, Ərdoğan Ukraynaya “Baykar” İHA satmağa davam edərkən, rus oliqarxlarının yaxtaları Türkiyə limanlarında lövbər salır və Rusiya qazı Türkiyəyə axmağa davam edir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az