ABŞ-da istidən yanıq yarası alanlarının sayı artır

15:13 - 25 İyul 2023

ABŞ-da istidən yanıq yarası alanlarının sayı artır

ABŞ-da istidən yanıq şikayətləri ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.

 

Manset.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, ABŞ-ın Arizona ştatında həkimlər həddindən artıq qızmış asfalt və ya əşyalarla təmas nəticəsində xəsarət alanların sayının artdığını qeyd ediblər.

Arizona Yanıq Müalicə Mərkəzindən Dr. Kevin Foster bildirib ki, 15-i asfaltla təmasdan sonra dərisində yanıqlar olan 45 nəfər mərkəzdə stasionar müalicə alıb, doluluq səbəbindən xəstəxanaya yerləşdirilə bilməyən 150 nəfər isə ambulator müalicə alıb.

Yaralıların əksəriyyətinin yaşlı və uşaqlar olduğunu ifadə edən Foster, həddindən artıq istilər səbəbindən yaralananların sayının artıq 2022-ci ildəkindən çox olduğunu qeyd edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az