Keçmiş prezident Obamanın aşpazı ölü tapıldı

15:48 - 25 İyul 2023

Keçmiş prezident Obamanın aşpazı ölü tapıldı

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın aşpazı Tafari Kempbell Obamaların Massaçusetsdəki evinin yaxınlığındakı göldə ölü tapılıb.

 

Bu barədə Manset.az Haber Global-a istinadən məlumat verir.

Polisin verdiyi açıqlamada qeyd olunub ki, 45 yaşlı aşpazın bazar günü axşam saatlarında avarda gəzinti etmək üçün adadakı gölə gedib. 

 İtkin xəbərindən sonra bölgəyə gələn dalğıcların axtarış-xilasetmə işləri nəticəsində Camphellin cansız cəsədinin dünən səhər Edqartaun gölündə tapıldığını bildirib.

Hadisə zamanı Obama cütlüyünün evdə olmadığı bildirilib.

Barak Obama və xanımı Mişel Obama  hadisə ilə bağlı CNN-ə açıqlama verib
Qeyd edək ki, Ağ Evdən sonra Kempbell 8 il Obama cütlüyünün aşpazı olub.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az