Çin komitəsi bir müddətdi ictimaiyyət qarşısına çıxmayan Çinin xarici işlər nazirini vəzifəsindən azad edib və onun yerinə Vanqı təyin edilib..
Manset.az-ın Sinxua agentliyinə istinadən məlumatına görə, 14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin 4-cü iclasında qəbul edilən qərarla Çinin xarici işlər naziri və Mərkəzi Bankın sədri dəyişib.
Bununla bağlı Çin Prezidenti Si Cinpin qəbul edilən qərarları təsdiq edən prezident fərmanı imzalayıb.
Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyi keçmiş nazirin Çindəki durumu ilə bağlı heç bir açıqlama verməyib.
Jalə
Manşet.az