NASA-nın paylaşdığı fotolarda Marsın səthində çıxıntılı və nəhəng bir obyekt diqqət çəkib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, qısa müddətdə dünya mediasında yadplanetli iddiaları gündəmə gəlib.
İddialardan sonra mütəxəssislər mövzunu şərh edib:
"Alimlər uzun illərdir ki, keçmişdə Marsda yaşamış ola biləcək canlıların izlərini axtarırlar. Qırmızı Planetin Şimal bölgələrində çay yataqlarının və donmuş suların olması həyat ehtimalını artıran amillərdir. Səth istiliyinin milyardlarla il əvvəl 10-20 dərəcə arasında olduğu Mars bu gün orta hesabla -57 dərəcədir. Bu vəziyyətə təsir edən ən böyük amil atmosferdir. Marsın atmosferi olsa da, qat kimi kifayət qədər nazikdir. Temperaturun aşağı düşməsi Marsdakı mikroskopik canlıların planetin dərinliklərinə enməsinə səbəb olub."
Aygün
Manşet.az