NASA-nın yayımladığı görüntülər ŞOK YARATDI

16:42 - 25 İyul 2023

NASA-nın yayımladığı görüntülər ŞOK YARATDI

NASA-nın paylaşdığı fotolarda Marsın səthində çıxıntılı və nəhəng bir obyekt diqqət çəkib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, qısa müddətdə dünya mediasında yadplanetli iddiaları gündəmə gəlib.

İddialardan sonra mütəxəssislər mövzunu şərh edib:

"Alimlər uzun illərdir ki, keçmişdə Marsda yaşamış ola biləcək canlıların izlərini axtarırlar. Qırmızı Planetin Şimal bölgələrində çay yataqlarının və donmuş suların olması həyat ehtimalını artıran amillərdir. Səth istiliyinin milyardlarla il əvvəl 10-20 dərəcə arasında olduğu Mars bu gün orta hesabla -57 dərəcədir. Bu vəziyyətə təsir edən ən böyük amil atmosferdir. Marsın atmosferi olsa da, qat kimi kifayət qədər nazikdir. Temperaturun aşağı düşməsi Marsdakı mikroskopik canlıların  planetin dərinliklərinə enməsinə səbəb olub."

Aygün 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az