Şimali Koreya ardıcıl 2 ballistik raket atdı

16:52 - 25 İyul 2023

Şimali Koreya ardıcıl 2 ballistik raket atdı

Yaponiya Müdafiə Nazirliyi ABŞ nüvə sualtı qayığının Cənubi Koreyanın Ceju adasındakı limana yanaşmasından sonra Şimali Koreyanın Yapon dənizinə iki ballistik raket atdığını açıqlayıb.

 

Manset.az xəbər verir ki, raketlərdən birincisi saat 23:54-də, ikincisi isə saat 23:59-da atılıb. Raketlərin buraxılmasından sonra Yaponiya gəmilərinə və ya təyyarələrinə heç bir ziyan dəymədiyi bildirilib.

Şimali Koreyanın atdığı ballistik raketləri Cənubi Koreya da təsdiqləyib.

Bildirilib ki, Şimali Koreyanın raket buraxılışı ABŞ-ın “USS Annapolis” nüvə sualtı qayığını Cənubi Koreyaya göndərməsinə “reaksiya” olaraq həyata keçirilib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az