Yunanıstanda davam edən meşə yanğınlarına müdaxilə edən təyyarəs alovların üzərinə su buraxdıqdan sonra qəzaya uğrayıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, isti havanın təsiri ilə iyulun 15-də Yunanıstanın Rodos adasında meşə yanğınları başlayıb.
Sürətlə yayılan alovlar adaya turizm üçün gələn insanlarda dəhşətə səbəb olub. Yanğın səbəbindən indiyədək 30 mindən çox insan təxliyə edilib.