Qorxunc hadisə: Suya atılan balaca qız gözdən itdi

17:31 - 25 İyul 2023

Qorxunc hadisə: Suya atılan balaca qız gözdən itdi

Türkiyədə instaqramda yayılan bir video izləyicilərin narahatlığına səbəb olub.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, videoda dənizə atılan balaca qızın qolundakı göy və sarı rəngli qoltuq şarları çıxıb və qız gözdən itib.

Videoda qızın su üstünə çıxa bilib-bilmədiyi görünmür. Görüntülərdən dəhşətə gələn izləyicilər valideynləri səhlənkarlıqda ittiham edib.

Daha sonra qızın anası övladının vəziyyətinin yaxşı olduğunu bildirib. Əlavə edib ki, qızı dəniz kənarında yaşayır, daim suda olur və onu artıq dənizdə üzən atası müşahidə edirdi.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az