Çanaqqalada daha bir meşə yanğını - Ekipajlar havadan və qurudan müdaxilə edir

19:37 - 25 İyul 2023

Çanaqqalada daha bir meşə yanğını - Ekipajlar havadan və qurudan müdaxilə edir

Çanaqqalanın Biga rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.

 

Çanaqqalanın Biga rayonunda bu gün axşam saatlarında meşə yanğını başlayıb.

Manset.az HaberGlobal-a istinadən məlumat verir ki, yanğın saat 17:30 radələrində Biga, Otlukdərədə meşədə baş verib. Naməlum səbəbdən baş verən yanğından sonra alov küləyin təsiri ilə qısa müddətdə böyüyüb.

Ətrafdakıların xəbərdarlığı ilə Çanaqqala Meşə Region Müdirliyinə aid 5 helikopter, 2 təyyarə, 2 ilk müdaxilə maşını, 7 çiləyici, 2 su təchizatı maşını,, 2 qoşqu, 4 yanğınsöndürmə maşını və ümumilikdə 140 canlı qüvvə bölgəyə göndərilib.

Alovlara havadan və qurudan müdaxilə davam edir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az