Çanaqqalanın Biga rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
Çanaqqalanın Biga rayonunda bu gün axşam saatlarında meşə yanğını başlayıb.
Manset.az HaberGlobal-a istinadən məlumat verir ki, yanğın saat 17:30 radələrində Biga, Otlukdərədə meşədə baş verib. Naməlum səbəbdən baş verən yanğından sonra alov küləyin təsiri ilə qısa müddətdə böyüyüb.
Ətrafdakıların xəbərdarlığı ilə Çanaqqala Meşə Region Müdirliyinə aid 5 helikopter, 2 təyyarə, 2 ilk müdaxilə maşını, 7 çiləyici, 2 su təchizatı maşını,, 2 qoşqu, 4 yanğınsöndürmə maşını və ümumilikdə 140 canlı qüvvə bölgəyə göndərilib.
Alovlara havadan və qurudan müdaxilə davam edir.
Jalə
Manşet.az