Ekvador həbsxanasında QİYAM - 31 nəfər öldü

08:35 - 26 İyul 2023

Ekvador həbsxanasında QİYAM - 31 nəfər öldü

Ekvadorun Quayakil şəhərində həbsxanada baş verən qiyam nəticəsində 31 nəfər ölüb.

Manset.az-ın məlumatına görə, bu barədə Ekvadorun Baş prokurorluğu məlumat yayıb.

Məlumatda polis əməkdaşları da daxil olmaqla 11 nəfərin yaralandığı bildirilib. Hadisə ilə bağlı iki cinayət iş açılıb, onlardan biri terror faktıdır.

Səlahiyyətlilərin məlumatına görə, həbsxanaya nəzarət bərpa edilib.

Qeyd edək ki, iyulun 23-də Ekvadorda bir neçə həbsxanada iğtişaşlar baş verib. Beş cəzaçəkmə müəssisəsində 90-a yaxın mühafizəçi məhbuslar tərəfindən girov götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az