Aylar əvvəl Türkiyədəki dəhşətli zəlzələni günlər əvvəl sosial media hesabında xəbər verən "zəlzələ peyğəmbəri" ləqəbli məşhur alim Frank Hoogerbeets yeni proqnozlarını açıqlayıb.
Manset.az sfera.az-a istinadən xəbər verir ki, Hoogerbeets Adanada dünəən baş verən zəlzələnin qabaqcıl təkan ola biləcəyini bildirib.
"Bu, qabaqcıl fəaliyyət ola bilər, çünki Ayın həndəsəsi 23-24 iyulda böyük seysmik hadisəyə işarə edir. Diqqətli olun!” - Frank Hoogerbeets xəbərdarlıq edib.
Xatırladaq ki, dünən Türkiyənin Adana şəhərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
