Avstraliyada balinaların kütləvi ölümü 

13:10 - 26 İyul 2023

Avstraliyada balinaların kütləvi ölümü 

Qərbi Avstraliyada balinalar kütləvi şəkildə sahilə çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə dayaz sularda qalan 51 balina bir gecədə ölüb.

Qərbi Avstraliya Parklar və Vəhşi Təbiət Xidməti Agentliyinin məlumat verib ki, heyət və yüzlərlə könüllü daha 46 balinanı dərin sulara qaytararaq xilas edib.

Tədqiqatçılar pilot balinaların nə üçün sahilə çıxdıqlarını araşdırırlar. Balinalar sahilə çıxmazdan əvvəl nadir hallarda yığılma davranışı göstərirlər. Düşünülür ki, qatil balina adlanan yırtıcıdan qaçmağa çalışıblar.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az