Hadisələri əvvəlcədən proqnozlaşdıran “The Simpsons” cizgi filmi yenə dünyanı silkələyib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, “The Simpsons” cizgi filmi bu dəfə yaxın gələcəkdə qlobal sunami olacağına işarə edib.
Beləki, bütün dünyada “The Simpsons”-ın gündəmə gətirdiyi sunami xəbərinin gerçəkləşib-gerçəkləşməyəcəyi maraq doğurub.
Qeyd edək ki, “The Simpsons” cizgi filmi koronavirus epidemiyasını, Yunanıstanın borc defoltunu, Donald Trampın prezidentliyini, ABŞ-da Konqres binasına edilən basqını əvvəlcədən proqnozlaşdırmışdı.” The Simpsons” bu yaxınlarda Elon Musk tərəfindən Twitter loqosunun dəyişdiriləcəyi ilə bağlı xəbərlə gündəmdə idi. Elon Musk Twitter-i satın aldıqdan sonra quş loqosunu dəyişərək “X” loqosu ilə əvəz etdi.
Aygün
Manşet.az