Türkiyənin Adana şəhərində baş verən 5.5 ballıq zəlzələ fəsadsız ötüşməyib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ətraf bölgələrdə də hiss edilən təbii fəlakətdən bəzi evlər ziyan görüb.
Qaya parçalarından biri yuvarlanaraq oradakı məzillərdən birini dağıdıb.
Hadisə Osmaniyenin Sumbası ərazisində baş verib.
Həmin vaxt evdə adam olub. Xoşbəxtlikdən o, sağ qalıb.
