Türkiyəli aktrisa Biran Damla Yılmaz nənəsi və mərhum babasından istifadə edərək onunla əlaqə qurmağa çalışan pərəstişkarlarına xəbərdarlıq edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa etirazını sosial mediada hesabından paylaşaraq fanatlarına üsyan edib.
Biran Damla Yılmazın paylaşımı ilə hər kəsi heyrətləndirib.
Aktrisa bildirib ki, indiyə qədər ətrafımdakı insanlardan nömrəmi soruşanda həmişə susmuşam və etiraz etməmişəm:
“Amma nənəmin hesabını sındırmaq və oradan nömrəmi tapmağa çalışmaq… Onu da keçdim. Rəhmətlik babamın adına hesab açıb qohumlarıma yazmaq nədir? İndiyə qədər kiminsə nə yazdığını, nə yaxşı, nə də pis bir söz deməmişəm, amma lütfən bunu etməyin. İnsanların dərdi ilə oynayacaq qədər irəli getməyin! imkan verin bizim də özəlimiz olsun. Bir az hörmət istəyirəm, bu qədər…”
Postu görənlər izləyicilər "Belə heyranlıq ola bilməz”, "Belə fanat olmaz olsun” şərhini yazıblar.
Qeyd edək ki, Biran Damla Yılmaz O, aktyorluq karyerasına 2013-cü ildə başlayıb. Həmçinin, “Kırgın Çiçəklər” serialında Eylül obrazını canlandırıb.
Aygün
Manşet.az