İngiltərəli model Karaq İton sevgilisinin avtomobilindən yıxılaraq dünyasını dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, prokurorluq modelin ölümünü şübhəli bilib və hadisə ilə bağlı araşdırmalara başlayıb. Beləki, modelin sevgilisi 42 yaşlı İan Curson qətldə ittiham olunur.
Polis sevgilisinin 28 yaşlı modeli tapança ilə başından vurması ehtimalını nəzərdən keçirir.
Araşdırma zamanı Karaq İtonun başında biri əvvəlki zərbədən, digəri isə qulağının arxasında iki yara olduğunu müəyyən edib. Polis şübhəlinin yıxılmadan əvvəl Karaqabaşından sərt bir cisimlə vurduğunu bildirib.
Avtomobildə BB tapançası və dartıcı maqazin tapılıb.
Aygün
Manşet.az