Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

15:28 - 27 İyul 2023

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

Ali Rada Ukraynada hərbi vəziyyəti və ümumi səfərbərliyi 90 gün uzadıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak teleqram kanalında bildirib.

“Bu, artıq səkkizinci uzadılmadır”, - deyə o yazıb.

Ölkədə hərbi vəziyyətin bu müddətə uzadılması Ukraynada oktyabr ayında keçiriləcək parlament seçkilərinin ləğvi deməkdir. Belə bir müddəanın qüvvədə olduğu müddətdə səsvermə keçirilə bilməz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az