Ramzan Kadırov kürəkənini yüksək vəzifəyə təyin etdi

17:32 - 27 İyul 2023

Ramzan Kadırov kürəkənini yüksək vəzifəyə təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov kürəkəni Visxan Matsuyevi yüksək vəzifəyə təyin edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, V. Matsuyev Baş nazirin müavini və kənd təsərrüfatı naziri vəzifələrinə təyinat alıb.  

Qeyd edək ki, V. Matsuyev siyasətə gəlişinədək Çeçenistan Miqrasiya İdarəsinin xarici pasportlarının təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə Miqrasiya İdarəsinə rəhbərlik edib.

O, R. Kadırovun qızı Ayşat Kadırova ilə evlidir. A. Kadırova ölkənin mədəniyyət naziridir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az