Türkiyəli aktrisa Nilperi Şahinkayanın aktyor Burak Dənizə qarşı prokurorluğa verdiyi təhqir və hücum şikayəti ilə bağlı qərar açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Adana 33-cü Cəza Məhkəməsi Burak Dənizi 7 il 2 ay müddətinə azadlıqdan məhrum ediləcəyi ilə bağlı qərar verib.
Beləki, Burak Denizin serial çəkilişləri üçün olduğu Adanada həmkarı Nilperi Şahinkayanın dostları ilə birlikdə otelin bağçasında xoş söhbətlə başlayan gecənin sonu dava ilə bitmişdi. Məhkəmə hadisənin baş verdiyi otelin təhlükəsizlik kamerası görüntülərini araşdırdıqdan sonra yekun qərarını verib.
Aygün
Manşet.az