Telefon almaq üçün 8 aylıq körpəsini satdı

18:37 - 27 İyul 2023

Telefon almaq üçün 8 aylıq körpəsini satdı

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində maddi sıxıntı yaşayan ailənin mobil telefon almaq üçün uşaqlarını satdığı öyrənilib. 

 

Bu barədə Manset.az Inquirer News-a istinadən məlumat verir.

Körpəni qonşuların soruşması zamanı, ailə 8 aylıq körpəni satdıqlarını etiraf edib.

Polis ana və körpəni aparan qadını saxlayıb.

Daha sonra körpənin atası da saxlanılıb, ailənin körpəni mobil telefon almaq və sosial şəbəkələrdə video çəkmək üçün satdığı bildirilir.

Digər tərəfdən, ailənin 7 yaşlı qızını da satmağa çalışdığı iddia edilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az